Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bavariya''nın sabiq prezidenti vəfat etdi

''Bavariya''nın sabiq prezidenti vəfat etdi

Tarix: 16 Mart 2025 19:40

"Bavariya" klubunun keçmiş prezidenti Frits Şerer Münhendə 86 yaşında vəfat edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onun ölüm səbəbi açıqlanmayıb.

Şerer klubun rəhbərliyində 30 ildən çox işləyib, xəzinədar (1979-1985), prezident (1985-1994) və vitse-prezident (1994-2012) vəzifələrində çalışıb.

1987-ci ildə "Bavariya" ilə 10-cu çempionluq kubokunu qazanaraq bu göstəricidə rekordçu olub.

Qeyd edək ki, "Bavariya" 33 dəfə ölkə çempionu, 20 dəfə milli kubokun, 6 dəfə isə Çempionlar Liqasının qalibi olub. Klub həmçinin 2 dəfə Klublararası Dünya Çempionatını qazanıb.


Etiketlər:  Bavariyanın sabiq prezidenti vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ