Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseydə Novruz şənliyi keçirilib - FOTOlar

Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseydə Novruz şənliyi keçirilib - FOTOlar

Tarix: 18 Mart 2025 14:36

Bayram şənliyində liseyin rəhbərliyi, müəllim və şagird kollektivi eləcədə valideynlər iştirak ediblər. 

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb. Novruz şənliyində qədim məişət əşyaları, toxuculuq və əkinçilik alətləri nümayiş olunub, şagirdlər Keçəl və Kosa obrazını canlandırıblar. Məktəblilər yumurta döyüşdürüb, oyun oynayıb, şən musiqi sədaları altında rəqslər ediblər.

İştirakçılara Novruz bayramı və çərşənbələr haqqında ətraflı məlumat verilib.

Sonra məktəbin həyətində təhlükəsizlik qaydalarına riayət olunmaqla bayram tonqalı qalanıb. Şagirdlər tonqal ətrafında yallı gediblər.

Qeyd edək ki, hazırda liseydə 385 şagird təhsil alır, 67 müəllim çalışır. Son illərdə liseyin şagirdləri fənn olimpiadalarında 79, fənn müsabiqələrində 42, beynəlxalq olimpiadalarda isə 15-dən çox medal qazanıblar.  Son üç il ərzində  liseydə ali məktəblərə qəbul göstəricisi 98-100%, xarici universitetlərə qəbul olan məzun sayı isə 13 nəfər olub.


Etiketlər:  Gəncə şəhəri Fizika riyaziyyat informatika təmayüllü liseydə Novruz şənliyi keçirilib FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ