Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağalar İdrisoğlunun yaradıcılığının 50 illiyi, həyat fəaliyyətinin isə 75 illik yubileyi keçirilib - FOTO

Ağalar İdrisoğlunun yaradıcılığının 50 illiyi, həyat fəaliyyətinin isə 75 illik yubileyi keçirilib - FOTO

Tarix: 18 Mart 2025 18:09

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlunun yaradıcılığının 50 illiyi, həyat fəaliyyətinin isə 75 illik yubileyi keçirilib.

Mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yubiley tədbirinə dəvət olunan qonaqlar Xalq şairi Nəriman Həsənzadə, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı publisist Hümbət Həsənoğlu, rəssam Hüseyn Mirtəqevi çıxış edərək rejissoru yubiley münasibəti ilə təbrik edib, onun həyat və yaradıcılığından, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs ediblər.

Teatr Xadimlər İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov yubiliyar haqqında səmimi fikirlər səsləndirib.

Daha sonra Ağalar İdrisoğlu Teatr Xadimlər İttifaqı tərəfindən "Teatr fədaisi" medalı ilə təltif olunub.

Tədbirin davamında yubiliyarın quruluşunda bolqar dramaturqu Panço Pançevin "Dörd əkizin nağılı" adlı pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub.


Etiketlər:  Ağalar İdrisoğlunun yaradıcılığının illiyi həyat fəaliyyətinin isə illik yubileyi keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ