Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2025 14:36
Belarusun yeni seçilmiş Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi martın 25-də keçiriləcək.
Sonxeber.net xəbər verir ki, bu barədə BELTA Belarusun Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb.
Ölkə Konstitusiyasına görə, prezidentin andı prezident seçkilərindən sonra, amma iki aydan gec olmayaraq, Ümumbelarus Xalq Məclisi Rəyasət Heyəti üzvlərinin, Nümayəndələr Palatasının deputatlarının, Respublika Şurasının üzvlərinin, Konstitusiya və Ali Məhkəmə hakimlərinin iştirakı ilə təntənəli mərasimlə qəbul edilməlidir.
Qeyd edək ki, Belarusda prezident seçkiləri yanvarın 26-da keçirilib. MSK-nın təsdiq etdiyi səsvermə nəticələrinə görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 86,82 faiz səs toplayaraq yenidən prezident seçilib.
Ümumilikdə səsvermədə 5,9 milyondan çox insan iştirak edib (səsvermə hüququ olan təxminən 6,9 milyon insanın 85,69 faizi). /"Report"