Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2025 09:06
Bu gün Millətlər Liqasında 1/4 final və pley-off matçlarına start verilib.
Sonxeber.net xəbər verir ki, 12 cütdə ilk oyunlar keçirilib.
Mükafat uğrunda mübarizə aparan A Liqasının ən güclü 8 komandası 1/4 finalda üz-üzə gəlib.
A Liqasının üçüncüləri ilə B Liqasının ikincilərinin pley-offunda ilk qarşılaşmalar keçirilib. Türkiyə yığması Macarıstanla üz-üzə gəlib.
Görüşə yaxşı başlayan ev sahibləri 9-cu dəqiqədə açıblar. Türkiyənin heyətində Orkun Kökçü fərqlənib. Oyun ərzində üstünlüyü əldən verməyən türklər matçı 3:1 hesabı ilə qalib başa vurublar.
Xorvatiya evdə Fransa ilə qarşılaşıb. Görüş ev sahiblərinin 2 cavabsız qolu ilə başa çatıb - 2:0.
İspaniya isə səfərdə Hollandiya ilə 2:2 hesablı heç-heçəyə razı olub.
Millətlər Liqası
20 mart
1/4 final, ilk oyunlar
23:45. Niderland - İspaniya 2:2
23:45. Xorvatiya - Fransa 2:0
23:45. Danimarka - Portuqaliya 1:0
23:45. İtaliya - Almaniya 1:2
A Liqasına vəsiqə uğrunda pley-off
21:00. Türkiyə - Macarıstan 3:1
23:45. Ukrayna - Belçika 3:1
23:45. Avstriya - Serbiya 1:1
23:45. Yunanıstan - Şotlandiya 0:1
B Liqasına vəsiqə uğrunda pley-off
21:00. Ermənistan - Gürcüstan 0:3
23:45. Kosovo - İslandiya 2:1
23:45. Bolqarıstan - İrlandiya 1:2
23:45. Slovakiya - Sloveniya 0:0
Qeyd edək ki, cavab oyunları martın 23-də keçiriləcək. /Apasport.az