Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvada məşhur türk aktyora evlilik təklifi - FOTO

Moskvada məşhur türk aktyora evlilik təklifi - FOTO

Tarix: 21 Mart 2025 13:35

Türk kinosunun məşhur ulduzu Can Yaman Rusiyanın paytaxtı Moskva şəhərinə gəlib.

Sonxeber.net bildirir ki, 35 yaşlı yaraşıqlı aktyorun səfəri çəkildiyi "El Turco" filmini rusiyalı pərəstişkarlarına təqdim etməsidir. 

Bunun üçün Yaman "Oktyabr" kinoteatrında keçirilən filmin qala gecəsin qatılıb.

Can premyeraya qara şıq kostyumda gəlib. 

Xarizmatik aktyor fotomüxbirlərə qırmızı xalı üzərində pozalar da verməyi unutmayıb.

Xanım pərəstişkarları aktyorla ünsiyyət qurub şəkil çəkdirmək üçün onu dövrəyə alıblar. 

Hətta fanatlardan biri Cana evlənmək təklifi ilə üzük də verib.

Ulduz qızı vədlərlə şirnikləndirməsə də lakin zinət əşyasını hədiyyə olaraq qəbul edib. 

Yaman qırmızı xalını alqış sədaları altında tərk edən zala doğru irələyib. /olay.az


Etiketlər:  Moskvada məşhur türk aktyora evlilik təklifi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ