Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tapılan rəfiqələrdən biri sığınacağa yerləşdirildi - Bədənində zədələr var - Yenilənib - FOTO

Tapılan rəfiqələrdən biri sığınacağa yerləşdirildi - Bədənində zədələr var - Yenilənib - FOTO

Tarix: 25 Mart 2025 13:32

Bakıda itkin düşən üç rəfiqədən biri sığınacağa yerləşdirilib.

Sonxeber.net xəbər verir ki, bu barədə Teleqraf-a "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, yeniyetmə aqressivdir və boyun hissəsində zədələr var: "Bunu oğlanın etdiyini deyir. Təbii ki, bununla bağlı araşdırma davam edir. Hazırda Bakıda qızları cəlb edən gənclər var ki, bilərəkdən onları torlarına salırlar".

K.Ağazadə qızın sığınacağa hələ yeni gəldiyini bildirib: "Amma bir neçə gündən sonra bura adaptasiya olacaq və reabilitasiyaya uyğunlaşacaq. Həmin qız valideynin istəyi ilə polis tərəfindən sığınacağa yerləşdirilib. Qızın özü də etiraz etmədi. Niyə bu addımı atması ilə bağlı ondan heç nə soruşmamışıq. Bunu soruşmaq çox tezdir. O öncə mühitə uyğunlaşmalıdır. Buradakı yaşıdları ilə ünsiyyət qurmalıdır. Ondan sonra psixoloq, sosial işçilər öz işlərini görəcəklər".

Birliyin sədri itkin düşən yeniyetmələrdən birinin valideynin daha öncə sığınacağa müraciət etdiyini qeyd edib: "Qızlardan biri 2023-cü ildə polis tərəfindən ananın iştirakı ilə bizə gətirilmişdi. Ana deyirdi ki, qız təhsildən yayınır, onu təhsilə cəlb etmək olmur. Uşaq burada qalmağı qətiyyən qəbul etmirdi. Valideynlə danışıb, razılaşdırdıq ki, ən azından axşam evə getsin. Gün ərzində uşaqlarla reabilitasiyaya cəlb olunsun, proqramlara qatılsın, tədbirlərə gəlsin. Razılıq verdilər. Biz onu ərizə əsasında qəbul etdik. Sosial Xidmətlər Agentliyinin alt sisteminə də yönləndirdik. Çünki çətin tərbiyə olunan və həssas uşaq qrupundan idi. Valideynlə əlaqə saxlayırdıq, o da bizə "Sabah gətirəcəyəm", "Bu gün gətirəcəyəm" dedi, amma sonda bildirdi ki, qızı gəlmək istəmir. Bir sözlə, o qız sığınacağa gəlmədi. Sözsüz ki, bu məqamda valideynin də məsuliyyət məsələsi gözə alınmalıdır. Valideyn söz verib ki, gətirəcəyəm, gətirməyib. Dediyim kimi, bizdə qeydiyyatda olub, bir gün də qalmışdı".

Xatırladaq ki, martın 17-də Bakıda üç rəfiqə itkin düşüb. Qızlardan ikisi tapılıb, digərinin axtarışları davam edir.

---------------

2025.03.24

Bakıda bir həftə əvvəl itkin düşmüş yeniyetmələrdən ikisi tapılıb.

APA-nın məlumatına görə, itkin kimi axtarılan 3 yeniyetmə qızdan ikisi tapılaraq ailəsinə təhvil verilib.

Digər yeniyetmənin axtarışı davam edir.

Qeyd edək ki, sosial şəbəkədə Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqənin martın 17-də itkin düşməsi ilə bağlı məlumat yayılıb. Onlarla bağlı axtarış elan edilib.

--------

22:35

Bakıda itkin düşən üç yeniyetmə qızdan ikisinin axtarışları davam edir. Yasamal rayonu, "İnşaatçılar" metro stansiyası yaxınlığında itkin düşən qızların yerinin hələ də müəyyənləşdirilmədiyi bildirilir.

Baku TV-yə açıqlama verən valideynlərdən biri qızının şəhərə gəzmək üçün ondan icazə alıb getdiyini deyib.

Valideynin sözlərinə görə, qızı və rəfiqəsi yola çıxdıqdan sonra onlardan şəkil və mesajlar gəlməyə başlayıb, amma daha sonra əlaqə kəsilib.

Qızlardan birinin valideyni bildirib ki, Əli adlı şəxs qızları axtardığını bildirərək onlarla əlaqə saxlamağa çalışıb. Bu şəxs qızların tapılması üçün müəyyən vədlər verərək, onları axtaracağına dair mesajlar göndərib. Əli adlı şəxsin qızları axtardığına dair verilən məlumatlar şübhəli hesab edilib və onun hərəkətləri araşdırılır.

"Atəş adlı bir oğlan bir qızı rayona, digərini isə Dubaya aparmaq istədiyini bildirmişdi. Ofelya isə bu prosesə qarşı çıxıb və hazırda Kəmalə adlı bir qızın evində qalır" , - deyə Əli bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, itkin düşən qızların tapılması üçün intensiv axtarış işləri aparılır. Araşdırmalar davam edir.

--------
20:24

Martın 17-də itkin düşmüş üç rəfiqədən biri tapılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, itkin düşən kimi axtarışa verilmiş yeniyetmələrdən biri polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, martın 17-si yetkinlik yaşına çatmayan üç rəfiqə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onlardan birinin anası müğənnidir.

--------
17:31

Bakıda martın 17-də evdən çıxan və bir daha geri qayıtmayan üç yeniyetmə qızın kimliyi məlum olub.

Sonxeber.net xəbər verir ki, bunlar Dadaşova Mədinə Kamil qızı, Hüseynzadə İnci Araz qızı və Xudaverdiyeva Ofeliyadır.

Rəfiqə olan qızlar naməlum istiqamətə gediblər.

Məsələ ilə bağlı polisə məlumat verilib.

Hazırda onların axtarışları davam edir. /Teleqraf

---------------

2025.03.22

Martın 17-də Bakıda yetkinlik yaşına çatmayan üç rəfiqə itkin düşüb.

Sonxeber.net bildirir ki, Teleqraf-ın xəbərinə görə, bu barədə onların valideynləri bildirib.

Valideynlərin sözlərinə görə, yetkinlik yaşına çatmayan qızların telefonlarına zəng çatır, lakin onlar zənglərə cavab vermirlər.

Sosial şəbək istifadəçiləri yazırlar ki, qızlardan birinin anası onlarla əlaqə saxlayıb və qızların Əli adlı bir gənc oğlanla birlikdə Abşeron rayonunun Xırdalan şəhərində bir evdə qaldıqları aydınlaşb. "Əlinin səs yazıları var. Bu gənc oğlan qızların Dubaya və rayonlara müştəriyə göndərilməsi barədə anaya səs atıb", - sosial şəbəkə hesabınlarında belə bir məlumat qeyd olunub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, itkin düşdüyü iddia olunan qızların valideynləri polisə müraciət edib.

DİN Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Teleqraf-ın sorğusuna cavab olaraq bildirib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı evi tərk edərək naməlum istiqamətə gedən şəxslərin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

"Bundan əvvəl də bir neçə dəfə yaşayış yerini tərk edən şəxslərin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür" - deyə Elbrus İbrahimov bildirib.


Etiketlər:  Tapılan rəfiqələrdən biri sığınacağa yerləşdirildi Bədənində zədələr Yenilənib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ