Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2025 14:58
Azərbaycan millisinin bu gün Belarusla keçirəcəyi yoldaşlıq matçına satılan biletlərin sayı açıqlanıb.
Bu barədə Sonxeber.net-a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Masazırda yerləşən, 8900 azarkeş tutumuna malik "Bank Respublika Arena"da baş tutacaq görüşə indiyə qədər 2000 bilet satılıb.
Qeyd edək ki, Azərbaycan - Belarus matçına saat 21:45-də start veriləcək.