Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lukaşenko 7-ci dəfə and içdi, vəzifəsinin icrasına başladı

Lukaşenko 7-ci dəfə and içdi, vəzifəsinin icrasına başladı

Tarix: 25 Mart 2025 14:36

2025-ci il yanvarın 26-da keçirilən seçkidə yeddinci dəfə Belarus Prezidenti seçilən Aleksandr Lukaşenko rəsmən səlahiyyətlərinin icrasına başlayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Minskdəki Müstəqillik Sarayında prezidentin təntənəli andiçmə mərasimi keçirilib.

Ölkənin yüksəkvəzifəli şəxslərinin, eləcə də inaqurasiyaya dəvət olunmuş çox sayda qonağın iştirak etdiyi mərasimdə A.Lukaşenko sağ əlini Belarus Konstitusiyasının üzərinə qoyaraq, belarus dilində xalqa sədaqətlə xidmət edəcəyinə, insan və vətəndaşın hüquq və azadlıqlarına hörmətlə yanaşacağına və qoruyacağına, ölkənin əsas qanunlarına əməl edəcəyinə və qoruyacağına and içib.

Bundan sonra dövlət başçısı vəzifəyə başlamaya dair aktı imzalayıb. Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko A.Lukaşenkoya prezident vəsiqəsini təqdim edib.


Etiketlər:  Lukaşenko dəfə içdi vəzifəsinin icrasına başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ