Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2025 17:18
"Bəzən xanımlar oruc tutduğunu unudub yeməyin duzunu yoxlamaq üçün dadına baxırlar. Bu, bilmədən baş verdiyinə görə, oruc pozulmur".
Sonxeber.net xəbər verir ki, bu sözləri ilahiyyatçı Ağa Hacıbəyli deyib.
O bildirib ki, məqsədli şəkildə qida qəbulu orucu pozur:
"Bilərəkdən orucu pozmaq bir kəffarət gətirər. Lakin fərqində olmadan, məsələn, su və ya çay içən adamla bağlı vəziyyət belə deyil. Hətta yadına düşdüyü an ağzında qida olsa belə, onu geri qaytarmalı, ağzını təmizləməli, orucuna davam etməlidir". /Globalinfo.az