Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2025 09:52
Şahrudin Məhəmmədəliyev Azərbaycan millisinin heyətindən çıxarılıb.
Sonxeber.net AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna qapıçının zədələnməsi səbəb olub.
Onun əvəzinə "Səbail"in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. "Bank Respublika Arena"da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.