Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2025 08:10
UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin cavab matçları keçirilib.
Sonxeber.net Azərbaycan yığmasının DÇ-2026-dakı sonuncu rəqibi müəyyənləşib.
Xorvatiya səfərdə Fransa yığması ilə qarşılaşıb. İlk matçda 2:0 hesabı ilə qalib gələn xorvatlar, cavab matçında əsas vaxtda 0:2 hesabı ilə məğlub olub.
Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyası keçirilib. Fransa yığması zərbələri daha dəqiq yerinə yetirərək, Ukrayna, İslandiya və Azərbaycanla birlikdə DÇ-2026-nın D qrupunun 4-cü komandası olub.
Almaniya, Portuqaliya və İspaniya komandaları UEFA Millətlər Liqasının yarımfinalına vəsiqə qazanıblar.
23:45 Fransa - Xorvatiya 2:0 (Əlavə vaxt 2:0, penaltilər seriyası 5:4) (İlk oyun 0:2)
23:45 Almaniya - İtaliya 3:3 (İlk oyun 2:1)
23:45 Portuqaliya - Danimarka 3:2 (Əlavə vaxt 5:2) (İlk oyun 0:1)
23:45 İspaniya - Niderland 2:2 (Əlavə vaxt 3:3, penaltilər seriyası 5:4) (İlk oyun 2:2)