Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2025 08:55
Hollivud aktrisası Marqo Robbi ana olduqdan beş ay sonra gəlinlik paltarında ictimaiyyət qarşısına çıxıb.
Sonxeber.net xəbər verir ki, fotoları "Daily Mail" yayıb.
36 yaşlı Marqo "Qasırğalı yüksəklik" romanının yeni ekranlaşdırılmasının çəkilişləri zamanı görüntülənib. Burada o Ketrin Ernşou rolunu canlandıracaq. Paparatsilər Hollivud aktrisasını açıq çiyinli və gen ətəkli toy paltarında lentə alıblar. Aktrisa uzun fata və əlində qızılgül dəstəsi ilə çəkiliş meydançasında dayanıb.
Xatırladaq ki, 17 oktyabrda Marqo Robbi ana olub. Jurnalistlərin sözlərinə görə, aktrisa kinoprodüser Tom Akkerlidən oğul dünyaya gətirib. (publika.az)