Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2025 12:18
Azərbaycanın gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən "Aerobika gimnastikası üzrə Dünya Kuboku"nda uğurla çıxış ediblər.
Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, onlar qarışıq cütlük proqramında qızıl medal qazanıblar.
Hakimlərdən 19.350 xal alan idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.