Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2025 21:25
"Meyxanaçı Namiq Qaraçuxurlunun vaxtında təklif etdiyi mahnını oxumadım, böyük səhv etdim. Amma indi onun bir mahnısını oxumaq istərdim".
Sonxeber.net axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova "Afaqla onlar" verilişində deyib. O, bunun səbəbini isə belə izah edib:
"Meyxananı özümlə birləşdirə bilmədim. Ona görə yox dedim. Amma sonradan böyük səhv etdiyimi başa düşdüm. Könül Kərimova ilə ifa etdiyi "Cavanlıq səhvi" mahnısını ilk mənimlə duet oxumağı təklif etmişdi. Mən belə səhvləri çox etmişəm".