Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' bu gün ''Araz-Naxçıvan''la üz-üzə gələcək

''Neftçi'' bu gün ''Araz-Naxçıvan''la üz-üzə gələcək

Tarix: 29 Mart 2025 09:16

"Neftçi" bu gün Misli Premyer Liqasında "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Sonxeber.net-ın məlumatına görə, XXVIII turun oyunu saat 16:45-də start götürəcək.

"Neftçi Arena"dakı qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. "Ağ-qaralar" 27 turdan sonra 31 xalla altıncı, qonaqlar 47 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ikinci matçında "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Saat 19:00-da başlayacaq görüşün baş hakimi Tural Qurbanov olacaq. "Gənclik şəhəri" təmsilçisi 28 xalla yeddinci, Bakı klubu 35 xalla beşinci sıradadır.

Misli Premyer Liqası, IV dövrə

XXVIII tur

16:45. "Neftçi" - "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
"Neftçi Arena"

19:00. "Sumqayıt" - "Sabah"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib.


Etiketlər:  Neftçi gün Araz Naxçıvanla üzə gələcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ