Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Piyləri əridən sadə qarışım

Piyləri əridən sadə qarışım

Tarix: 26 Iyun 2025 20:28

Qəhvə qarışığını acqarına içmək bədəndəki yağların parçalanmasına kömək edə bilər. Bu, arıqlamaq istəyənlər üçün maraqlı üsullardan biri kimi təqdim olunur.

Sonxeber.net xəbər verir ki, mütəxəssislər səhərlər acqarına şəkərsiz və südsüz qara qəhvəyə bir çay qaşığı darçın əlavə edib içməyi tövsiyə edirlər. Bu qarışıq metabolizmi sürətləndirərək yağların parçalanmasına dəstək ola bilər. Amma bu tövsiyə tibbi məsləhət xarakteri daşımır. Xüsusilə hamilə qadınların, xroniki xəstəliyi olanların və müntəzəm dərman qəbul edənlərin bu qarışımdan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi vacibdir.

Araşdırmalar göstərib ki, qara qəhvənin tərkibindəki kofein iştahı azalda, enerji sərfini artıra və qan şəkərini tənzimləyə bilər. Harvard Xalq Sağlamlığı Məktəbinin apardığı 24 həftəlik bir araşdırmada gündə dörd fincan qara qəhvə içən şəxslərdə bədən yağında orta hesabla 4 faiz azalma müşahidə edilib.

Mütəxəssislər darçının toxluq hissini artırdığını və iştahı azalda biləcəyini qeyd edirlər. Əlavə olaraq, qəhvəyə zəncəfil və ya zərdəçal (sarıkök) əlavə etmək də arıqlama prosesinə müsbət təsir göstərə bilər. Zərdəçalın həm antiinflamatuar, həm də maddələr mübadiləsini dəstəkləyici təsiri olduğu vurğulanır.

Bu cür təbii qarışıqlar düzgün qidalanma və fiziki aktivliklə birlikdə tətbiq edildikdə daha təsirli ola bilər.


Etiketlər:  Piyləri əridən sadə qarışım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ