Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2025 17:08
"Bəzən həyat bizə seçim haqqı verir. Mən atasız böyümüşəm, amma bu, məni heç vaxt əskik etmədi. Əksinə, məni daha möhkəm, daha duyğulu, insanların dəyərlərini daha dərindən anlayan biri elədi".
Sonxeber.net olay.az-a istinadən xəbər verir ki, bu sözləri influenser Aynişan Quliyeva instaqram səhifəsində paylaşdığı postda yazıb.
Aynişan ailə dəyərləri ilə bağlı bu sözləri dilə gətirib:
"Mən bir ana tərəfindən böyüdülmüşəm - güclü, əxlaqlı və sevgini içində daşıyan bir qadın tərəfindən. Ailə sevgidir, dəstəkdir, bir-birinə dayaq olmaqdır. Və mən məhz bu dəyərlərlə böyümüşəm".
Qeyd edək ki, A.Quliyevanın atası Quliyev Xalid Hüseynxan oğlu hərbiçi, anası Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova isə müğənnidir. Aynişanın atası Qarabağ savaşında şəhid olub.