Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhriyar və Teymur reytinqdə gerilədi

Şəhriyar və Teymur reytinqdə gerilədi

Tarix: 1 Aprel 2025 07:46

FİDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb. 

Sonxeber.net xəbər verir ki, Şəhriyar Məmmədyarov (2748) 13-cü pillədə qərarlaşıb. O, sıralamada iki pillə geriləyib. 

Ötən ayla müqayisədə 4 pillə geriləyən Teymur Rəcəbov (2692) isə 39-cudur. 

Rauf Məmmədovun (2657) da reytinqi aşağı düşüb. Ötən ay 67-ci olan qrossmeyster hazırda 69-cudur. 

Kişilərin reytinq cədvəlinə Maqnus Karlsen (Norveç, 2837) başçılıq edir.

Qadınların sıralamasında Gövhər Beydullayeva (2400) 45-ci, Günay Məmmədzadə (2390) 53-cü yeri tutur. Onların hər ikisi ötən ayla müqayisədə iki pillə geriləyiblər. Digər milli üzvlərindən Ülviyyə Fətəliyeva (2387) 57-ci, Xanım Balacayeva (2358) 85-ci pillədəki mövqeyini qoruyub.


Etiketlər:  Şəhriyar Teymur reytinqdə gerilədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ