Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazilə onları ifşa etdi: ''Bunu kişilər almırsa mütləq arvadlara sırıyacağıq''

Nazilə onları ifşa etdi: ''Bunu kişilər almırsa mütləq arvadlara sırıyacağıq''

Tarix: 1 Aprel 2025 08:55

Şair və qiraətçi Nazilə Səfərli növbəti açıqlaması ilə gündəmə səs salıb.

Sonxeber.net bildirir ki, sənətçi instaqram səhifəsində yayımladığı videoaçıqlamada son günlər müğənnilərin efirlərə geyindiyi "oversize" (böyük ölçülü) pencəklərlərdən söz açıb.

Səfərli bildirib ki, əslində həmin növ geyimlər qadınlar üçün deyil kişilər üçündür:

"Bir nəfər Çindən kişilər üçün satmaq məqsədi ilə böyük bədən ölçülü pencəklər gətirib. Gətiriblər Bakıya amma görüblər ki, burada belə bir dəb yoxdur. Deyiblər necə edək ki, bu geyimlər satılsın. Qərara alıblar ki, kişilər bu pencəkləri almırsa mütləq şəkildə qadınlara sırımaq lazımdır. Həmin geyimləri 5-6 məşhura satıblar. O pencəkləri həmin o 5-6 məşhur şort və "kalqotka" ilə geyinib efirə çıxıb. Bu gün həmin o pencəkləri 5 qat bahasına bazarda satıllar. Narahat olmayın nə gətirirsinizsə gətirin, məşhurlara verin onlar geyinsin dəb eləsin, xalq da alacaq. Yenə yazıq kişilərin cibindən çıxdı". (olay)


Etiketlər:  Nazilə onları ifşa etdi Bunu kişilər almırsa mütləq arvadlara sırıyacağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ