Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kişinin pulu evdə, özü isə bayırda olar”

“Kişinin pulu evdə, özü isə bayırda olar”

Tarix: 1 Aprel 2025 12:15

"Qadınlara deyirəm ki, hər şeyə görə ailənizi dağıtmayın. Düzdür mən də həyatımda bu ayrılığı yaşamışam. Bir var ki, kişi sənə hər tərəfli kömək etsin. Yəni almağından - verməyindən xəbərin yox, gecə ürəyini ovuşdurmursanki səhər-səhər qazanım qaynayacaq yoxsa qaynamayacaq, uşağım görəsən nə yeyəcək, nə yeməyəcək... Bir kişi ki "Qu deyəndə - qu verir, su deyəndə - su verir", "şuba"nın, brilliantın birini çıxarıb, digərini geyinirsən... Kişi də qoy gəzsin də... O harada getsə, saat 12 olan kimi evinə gələcək".

Sonxeber.net xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Monitorinq TV"yə müsahibəsində deyib.

Qarmon ustadı qadınlara kiçik söz-söhbətlərə görə ailələrini dağıtmamağa səsləyib: 

"Qadınlar evinizi niyə dağıdırsınız? Sonra da oturursunuz alimentə... O "şuba"da, qaş-daş da gedir, alimenti bir ay verəməyəndə balağını çekirsən başına ki, pul vermədi. Oturub evində o pulu yeyirsən də... Bu artıq sənin təməlindir. Mən deyirəm ki, ailənizi hər şey üçün dağıtmayın. Bir də var ki, fərsiz kişi... Pisi düzəltmək olmur. O saatlarını həftələrə, həftələri aylara, ayları illərə dəyişməyə dəyməz. İnsanın xasiyyəti heç zaman dəyişmir.  Fərsiz kişi ilə bir qadın gününü niyə qara etməlidir? Ayrılsın. Birdə var ki, kişi sənə evdə həyat verib. Hər zaman demişəm ki, kişinin  bineyi-qədimdən bəri gözü şor olub. Mən öz qadımlığımla gözəl qadın görəndə ona baxıb, tərif deyirəm. Bəs kişi gözəl qadın görəndə nə etsin? Kişinin pulu evdə olar, özü bayırda. O hər gün evdə olsa sənin ürəyini vuracaq. Deyəcəksən ki, bu nə vaxt çıxıb evdən gedəcək. Ailə daxil oldunsa sənin məhəbbətin övladlarına keçir. Sevgi evin kəndarına kimidir. Evin içinə keçəndən sonra olur "köhnə olü""./olay.az


Etiketlər:  Kişinin pulu evdə özü isə bayırda olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ