Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2025 01:30
Kolumbiya Universitetinin məzunu və psixiatr Dr. Judith Joseph psixi sağlamlığın əhəmiyyətinə diqqət çəkərək bildirir ki, sağlam rifah üçün yalnız sağlam qidalanma və idman kifayət deyil.
Sonxeber.net xəbər verir ki, Dr. Cozef zehni sağlamlığın qorunması üçün sadə, lakin təsirli üsullar təqdim edir.
Onlardan biri "Psixo-emosional həyati əlamətlərin 10 saniyəlik yoxlanışı" adlanır.
Bu yoxlamanın əsasını təşkil edən 4 vacib göstərici aşağıdakılardır:
Münasibətlərin keyfiyyəti
Sağlam qidalansanız belə, əgər ətrafınızda zəhərli münasibətlər varsa, bu sizin rifahınıza ağır zərbə vurur. Araşdırmalar sübut edir ki, sevgi dolu və sağlam münasibətlər uzunömürlülüyü artırır.
İş-həyat balansı
Yalnız işləmək kifayət deyil, etdiyiniz işdən zövq almaq da vacibdir. Əks halda, uzunmüddətli psixi gərginlik yaranır.
Zövq alma bacarığı
"Əylənmək üçün nə edirsiniz?" - Dr. Joseph bu sualı hər kəsə verir. İnsanlar emosional rahatlıq yaratmaq əvəzinə, yalnız simptomlarla mübarizə aparmağa fokuslanırlar - bu da zehni sağlamlığa mənfi təsir edir.
Ekran vaxtı
Texnologiyayasərf olunan həddindən artıq vaxt - xüsusilə sosial şəbəkələr və onlayn iclaslar - depressiya, tənhalıq və narahatlıq riskini artırır. "Zoom yorğunluğu" kimi fenomen artıq elm tərəfindən təsdiqlənmiş yeni risklərdəndir.
Psixi sağlamlıq təkcə dərman və terapiya deyil. Bu, gündəlik olaraq özünə verdiyin dürüst suallar və daxili tarazlığa doğru atılan kiçik addımlardır. Sağlam beyin, sağlam həyat deməkdir. Qidalanmadan da önəmlisi - kimlərlə vaxt keçirdiyiniz, nəyə diqqət yetirdiyiniz və gündəlik həyatdan nə qədər zövq aldığınızdır.