Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2025 13:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 12-də Antalyada Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşü olub.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Alen Bersenin COP29 çərçivəsində ölkəmizə səfəri və onun Azərbaycan Prezidenti ilə görüşü məmnunluqla xatırlandı. COP29 zamanı qlobal iqlim gündəliyi ilə bağlı vacib qərarların qəbul olunduğu bir daha vurğulandı.
Görüşdə Azərbaycan ilə Avropa Şurasının icraedici strukturları arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.