Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2025 19:24
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Burkina Faso xarici işlər və regional əməkdaşlıq naziri Karamoko Jan Antalya Diplomatik Forumunda görüşüb.
Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri "X" sosial media hesabında yazıb.
"Görüşdə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsi potensialı, qarşılıqlı səfərlərin əhəmiyyəti, BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanıb", - nazir qeyd edib.