Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şadlıq saraylarında dərəbəylikdir, toyları monopoliya ediblər'' - Nura

''Şadlıq saraylarında dərəbəylikdir, toyları monopoliya ediblər'' - Nura

Tarix: 14 Aprel 2025 22:45

"Dünyada belə şey yoxdur. Toyları da monopoliya ediblər".

Sonxeber.net xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. O, şadlıq saraylarından şikayət edib:

"İnsanlar gedib toy danışır şadlıq evlərində, behi alandan sonra şərtlər ortaya çıxır. Müştəri müğənni istəyir, deyirlər ki, ancaq bizim siyahıdakı ifaçılar olmalıdır, dekor şirkəti ancaq bizim dediyimiz şirkət olmalıdır. Video, foto, tort və sair ancaq öz işlədikləri şirkətlər ola bilər. 

Başqa heç kəs həmin şadlıq sarayında işləyə bilməz. Bildiyiniz dərəbəylikdir. Bir yaxınım gedib toy danışmağa, behi verib və gün götürüblər, indi şadlıq sarayı başlarına oyun açır. 

Bütün şadlıq saraylarında demək olar ki, vəziyyət belədir. Bu səbəbdən də bütün toylar eynidir. "Dejavü" yaşanır bütün toylarda".


Etiketlər:  Şadlıq saraylarında dərəbəylikdir toyları monopoliya ediblər Nura


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ