Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq

Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq

Tarix: 22 Aprel 2025 23:15

Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, rəsmi Ankara Türk dövlətləri və İslamabatla əlaqələri daha da gücləndirəcək: "Biz birlikdə yeni işlər görəcəyik".

Ərdoğan təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib. Liderlər Prezident iqamətgahında bir araya gəliblər.


Etiketlər:  Ərdoğan Azərbaycan Pakistanla birlikdə yeni addımlar atacağıq


RƏYLƏR