Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Qusarda yol tikintisinə 1,5 milyon manat ayırdı

Prezident Qusarda yol tikintisinə 1,5 milyon manat ayırdı

Tarix: 1 May 2025 13:46

Prezident İlham Əliyev "Qusar rayonunun Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Prezidentinin 2025-ci il 10 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Etiketlər:  Prezident Qusarda tikintisinə milyon manat ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ