Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ata oldu - FOTOlar

Ata oldu - FOTOlar

Tarix: 3 May 2025 15:36

"Red Bull" komandasının pilotu, "Formula-1" üzrə dördqat çempion Maks Ferstappen ata olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.

O, sevgilisi Kelli Pike və yeni doğulmuş qızı ilə birgə fotosunu yayımlayıb.

"Dünyaya xoş gəldin, balaca Lili. Ürəklərimiz heç vaxt olmadığı qədər doludur - sən bizim ən böyük hədiyyəmizsən. Səni çox sevirik", - Ferstappen yazıb.

Qeyd edək ki, Kelli "Formula-1"in üçqat çempionu Nelson Pikenin qızıdır. Cütlük 2020-ci ildən bəri birlikdədir.

Kelli 2017-2019-cu illərdə rusiyalı pilot Danil Kyvat ilə görüşüb və 2019-cu ilin iyul ayında ondan Penelopa adlı qızı olub.


Etiketlər:  oldu FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ