Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2025 16:55
Əməkdar artist Lalə Məmmədova illər əvvəl oxuduğu "Məktəb illəri" mahnısı ilə bağlı etiraf edib.
Sonxeber.net xəbər verir ki, müğənni "İncə səhər" verilişində bəstəni ifa edərkən yaşadığı hisslərdən danışıb:
"Çox insan dedi ki, necə qəlbə toxunan əsərdir. Aygün Səmədzadə, Kəmalə Abıyeva və aranjimanı edən Siyavuş Kərimiyə təşəkkür edirəm. Tələbə qız idim: nə toya gedir, nə pul qazanmağı bilirdim. Mənə inanıb mahnı etibar etdilər. Həmin etibarı doğrultduğum üçün xoşbəxtəm. Onu oxuyanda keçirtdiyim hissləri heç kim bilmirdi. Doya-doya yaşamadığım məktəb illərini, ölüm xəbərini aldığımız, şəhidlik zirvəsinə yüksələn məktəb yoldaşlarımızın ağrısını, acısını mahnını oxuyanda dilimə gətirirdim. İndi onların da ruhu şaddır. Qarabağ bizimdir. Acılardan keçməyən mahnılar əski kimidir. Onları yaşamalı idik ki, mahnını elə oxuya bilim".