Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2025 00:30
Əməkdar artist Rəşad İlyasov 83 yaşlı Xalq artisti, məşhur diktor Roza Tağıyeva ilə bağlı paylaşım edib.
Sonxeber.net xəbər verir ki, sənətçi birlikdə lentə alınan fotolarını sosial şəbəkədə izləyiciləri ilə bölüşərək bunları yazıb:
"Gözəl xanım, televiziyanın ən gözəl siması... Uzun illər bu səs, bu görünüş hər zaman bizi sevindirib. Bu gün AzTV-nin həyətində gördüm, çox qürurlandım".
Qeyd edək ki, Roza Tağıyeva 1962-ci ildən AzTV-də çalışır.