Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2025 08:30
Xalq artisti Yusif Eyvazov Almaniyaya gedib.
Sonxeber.net xəbər verir ki, sənətçi orada "Lamborgini" avtomobilini yüksək sürətlə idarə edib. Həmin görüntüləri sosial şəbəkədə izləyiciləri bölüşən opera ifaçısı paylaşımına bunları yazıb:
"Almaniyadakı yolları sevirəm, çünki sürət limiti olmayan hissələr var. "Lamborgini" möhtəşəmdir, amma supermarketə ərzaq almağa getməyə yaramır. Demək olar ki, saatda 300 km sürətə çatdım".
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazovdur. (Axşam.az)