Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2025 20:00
Azərbaycan milli komandasının Latviya yığması ilə keçirəcəyi yoldaşlıq matçının hakim təyinatları müəyyənləşib.
Sonxeber.net AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Riqa şəhərində yerləşən "Skonto" stadionunda oynanılacaq görüş Maltadan olan baş hakim Trustin Farruca Kanna həvalə olunub .
Ona Luke Portelli və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə latviyalı Vitalis Spasyonnikovs yerinə yetirəcək.
Qeyd edək ki, Latviya - Azərbaycan oyunu iyunun 7-də təşkil olunacaq.