Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

Tarix: 19 Iyun 2025 10:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu qəbul edib.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı uzun illərdir Azərbaycanla BP arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulandı.

Ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin səmərəli şəkildə Azərbaycanın sosial-iqtisadi inkişafına yönləndirildiyi qeyd edildi.

Bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna toxunuldu, ölkəmizdə karbohidrogen enerji resursları ilə bərabər bərpaolunan enerji mənbələrinin də böyük potensialının olduğu vurğulandı. Bu xüsusda BP şirkətinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olundu.

Görüşdə SOCAR ilə BP arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.


Etiketlər:  Prezident İlham Əliyev şirkətinin baş icraçı direktorunu qəbul edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ