Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2025 12:46
"Fənərbağça"nın yeni transferi 18 yaşa çatar-çatmaz forma geyinəcək.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Super Liqa nəhəngi "Fənərbağça" seneqallı 17 yaşlı istedad Amara Diouf ilə 5 illik müqavilə imzalayıb.
Transfer dövrünün ilk rəsmi addımını atan "sarı-göylər", gənc futbolçunu heyətinə cəlb edib.
Amara Diouf keçirdiyi çarpaz bağ zədəsi səbəbilə İstanbulda əməliyyat olunub. Hazırda klubun tibbi heyətinin nəzarətində reabilitasiya prosesi davam etdirilən gənc ulduz 18 yaşını tamamladıqdan sonra rəsmi olaraq komandasının formasını geyinəcək.
Türkiyə mətbuatında yer alan məlumata görə, sol cinahda çıxış edən Diouf, klubun gələcək üçün ümid bəslədiyi əsas oyunçulardan biri olacaq.
Tural