Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Ərdoğan: Azərbaycanın azad edilmiş torpaqları bərpa və inkişaf meydançasıdır

Prezident Ərdoğan: Azərbaycanın azad edilmiş torpaqları bərpa və inkişaf meydançasıdır

Tarix: 19 Iyun 2025 17:40

Tale bizə Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsinin şahidi olmaq imkanı verdi. Bu gün Prezident İlham Əliyevin komandanlığı ilə işğaldan azad edilən Qarabağın hər bir guşəsi vahid tikinti-bərpa meydançasının tərkib hissəsidir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki,  bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 19-da Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimində çıxışı zamanı deyib.

Türkiyə lideri xatırladıb ki, o, mayın 28-də Azərbaycanın Müstəqillik Günündə Laçında olub. Füzuli və Zəngilanın ardınca orada beynəlxalq hava limanı açılıb. "Qardaşım İlham Əliyevlə birlikdə yeni hava limanının açılışında iştirak etdik", - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti ümidvar olduğunu bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması regionun inkişafı və bərpası istiqamətində səylərə yeni impuls verəcək.


Etiketlər:  Prezident Ərdoğan Azərbaycanın azad edilmiş torpaqları bərpa inkişaf meydançasıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ