Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2025 22:35
Rəqqasə Fatimə Fətəliyeva ailəsindən danışıb.
Sonxeber.net xəbər verir ki, sənətçi "Zaurla Günaydın" verilişində qardaşından söz açıb. O bildirib ki, qardaşı 23 ildir Niderlandda yaşayır:
"Bir qardaşım var. Atam qarabağlıdır. Qardaşım Amsterdamda yaşayır. Doğma qardaşımdır. Bizdə ögeylik yoxdur. İki evi, villası var. Orada çalışır. Burada tibbi bitirib, anam ona iş qurmaq istəyirdi. Amma çıxdı getdi".
Fatimə Xalq artisti Ceyran Haşımova ilə qohumluğundan danışıb:
"Ceyran Haşımova atamın doğma dayısı qızıdır. Biz qohumuq. Yəni Əməkdar artist Rəşad Haşımovla qohumuq". (Axşam.az)