Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2025 14:45
Rəqqasə Fatimə Fətəliyeva etdirdiyi plastik əməliyyatlarından danışıb.
Sonxeber.net xəbər verir ki, sənətçi bu haqda "Bir gün" proqramında danışıb. O bildirib ki, dəfələrlə bıçaq altına yatıb:
"Əməliyyat xəstəlikdir. Edirsən, sonra əziyyəti görəndə deyirsən bitdi. Narkoz adama pis təsir edir. Bir az üstündən keçir, ağrılar, əsəb yadından çıxır. Deyirsən, birini də edim. İndi deyirəm ki, bitib. Sonuncu dəfə üzgərdirmə etmişəm. Amma hələ üzümdə şiş var, 6 ay sonra yerinə oturacaq. İki dəfə burun, dəfələrlə bədənşəkilləndirmə etdirdim, yaxşı alınmadı. 7 dəfə əməliyyat olunmuşam"./axşam.az