Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pulum yox idi, 1800 manat qabağa düşdüm''

''Pulum yox idi, 1800 manat qabağa düşdüm''

Tarix: 25 Iyun 2025 08:50

"Bir dönəm var idi ki, nəsə olmuşdu və cibimdə 1 manat pulum yox idi. Evdə oturub televiziora baxırdım. Birdən səs eşitdim. Pəncərədən baxanda gördüm ki, xarici maşın mənim avtomobilimi vurub".

Sonxeber.net xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O, qəzanı törədən şəxsdən xeyli pul aldığını bildirib:

"Şokdaydım, baxırdım ki, nə edəcək. Bir az qabağa getdi və sonra qayıdıb maşından düşdü. Mən də gədim onun yanında. Salamlaşdıq, çıxarıb mənə 2000 manat pul verdi. Dedi ki, get maşını düzəltdir. Hansı ki, avtomobilin heç 200 manat xərci yox idi. Oturduğum yerdə 1800 manat qabağa düşdüm. İnanılmaz bir şey idi. Yəqin ki, onun üçün pul problem deyildi. O vaxta qədər heç maşın da düzətdirməmişdim. Bilmirdim ki, xərci 200 manat olar. Usta dedi ki, bu məbləğə düzəldəcəyəm". (Axşam.az)


Etiketlər:  Pulum 1800 manat qabağa düşdüm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ