Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2025 12:48
Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq.
Sonxeber.net xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləsinə əlavə edilən yeni - 214.4-1-ci maddədə əksini tapıb.
Bununla əlaqədar hərbi məhkəmələrin baxdığı işlər siyahısına məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallar daxil edilib.