Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mələkxanım Eyubovadan səhhəti ilə bağlı açıqlama

Mələkxanım Eyubovadan səhhəti ilə bağlı açıqlama

Tarix: 26 Iyun 2025 00:40

Xalq artisti Mələkxanım Eyubova sosial şəbəkədə səhhətində yaranan problemin səbəbini açıqlayıb.

Sonxeber.net xəbər verir ki, sənətçi ürəkbulanma səbəbindən ötən gün canlı yayımlanan "Muğam müsabiqəsi"ni yarımçıq tərk etmək məcburiyyətində qaldığını bildirib:

"Bu günlərdə çox gərgin iş rejimində çalışdığım üçün soyuqlamışdım və bu mənim mədəmə təsir etmişdi. Dünən düşündüm ki, yaxşı olaram, məsuliyyətimdən dolayı dünənki buraxılışı Xəzər rayonunda keçirilən "Muğam müsabiqəsi"nə qatıldım. Lakin yarışma başlayandan 15-20 dəqiqə sonra ürəkbulanma mənə orada sona qədər əyləşməyimə imkan vermədi. Buna görə də zalı tərk etmək məcburiyyətində qaldım. Tez zamanda Xəzər rayonunun təcili yardımı gəldi və 3 saat ərzində mənə öz yardımlarını yüksək səviyyədə göstərdilər. Xəzər rayonunun icra başçısı Elşən müəllim və onun komandasına, təcili yardım əməkdaşlarına mənə göstərdikləri diqqət və qayğıya görə öz təşəkkürümü bildirirəm. Mənim üçün narahat olan, maraqlanan hər kəsə öz təşəkkürümü bildirirəm".

Qeyd edək ki, sənətçi "Muğam müsabiqəsi"nin münsifidir.

 


Etiketlər:  Mələkxanım Eyubovadan səhhəti ilə bağlı açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ