Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mbappe nə vaxt yaşıl meydanlara qayıdacaq?

Mbappe nə vaxt yaşıl meydanlara qayıdacaq?

Tarix: 26 Iyun 2025 13:44

İspaniyanın "Real" komandasının futbolçusu Kilian Mbappe klublararası dünya çempionatında növbəti oyunu da buraxmalı olacaq.

Sonxeber.net xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı hücumçunun adı qrup mərhələsinin III turunda Avstriya təmsilçisi "Zaltsburq"a qarşı matçın da iştirak ərizəsinə salınmayıb.

Fransalı forvard xəstələndiyi üçün Səudiyyə Ərəbistanın "Əl-Hilal" (1:1) və Meksikanın "Paçuka" (3:1) kollektivləri ilə görüşdə meydana çıxmayıb.

Qeyd edək ki, iyunun 19-da xəstəxanaya yerləşdirilən Mbappe iyunun 25-də komanda ilə məşqlərə qoşulub. İyunun 27-də keçiriləcək "Zaltsburq" - "Real" oyunu Bakı vaxtı ilə saat 05:00-da start götürəcək. /"Report"


Etiketlər:  Mbappe vaxt yaşıl meydanlara qayıdacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ