Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaurun bu sualı Əminəni özündən çıxardı: ''İstənilən vaxt sübut etməyə hazıram''

Zaurun bu sualı Əminəni özündən çıxardı: ''İstənilən vaxt sübut etməyə hazıram''

Tarix: 26 Iyun 2025 16:20

Müğənni Əminə Şirin aparıcı  Zaur Nəbioğlunun sualına əsəbiləşib.

Sonxeber.net xəbər verir ki, o, haqqında  "pis vərdişlərdən istifadə edir" iddiasına efir vasitəsilə cavab verib.

Həmin insanları Allaha həvalə etdiyini deyən sənətçi bu sözlərlə etirazını bildirib:

"Etmədiyim şeyləri deyən insanları mən susaraq, vicdanıma sığınaraq Allaha həvalə edirəm. Özümü tanıdığım, bu səhnəyə gəldiyim və gəlmədiyim gündən bir nəfər çıxıb desin ki, 1 dəfə də olsun, pis vərdişlərdən istifadə etmisən. İçki belə içən adam deyiləm. Kainatda təbii olmayan vasitə ilə götürdüyün xoşbəxtliyi yerinə qoymalısan. Bu, ilahi bir sistemdir. Ona görə baş döndürən hər bir şey haram buyurulub. 1 yaxud 5 il sonra maddiyyat və sağlıq durumundan ziyanını çəkəcəksən.

İstifadə edən tanışlarımı belə, o yoldan çəkindirməyə çalışmışam. Dostlarım bilir kimi deyirəm, dünyasını da dəyişdi, şair idi. Dəfələrlə həkimə aparmışdım. Haqqımda o sözü deyənin içində zərrə qədər Allah qorxusu yoxdur? Kiminsə sözü ilə yox, istənilən vaxt xalqa rəsmi şəkildə sübut etməyə hazıram". 

Hüseyn


Etiketlər:  Zaurun sualı Əminəni özündən çıxardı İstənilən vaxt sübut etməyə hazıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ