Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2025 08:58
Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəcək.
Sonxeber.net xəbər verir ki, bu barədə AGF-dən məlumat verilib.
İkiqat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu sərbəst güləş üzrə koordinator vəzifəsini yerinə yetirəcək.