Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bekhem təcili əməliyyat olundu - FOTO

Bekhem təcili əməliyyat olundu - FOTO

Tarix: 27 Iyun 2025 14:18

İngiltərə futbolunun əfsanəsi Devid Bekhem 2003-cü ildə aldığı ağır zədədən sonra gizli cərrahi əməliyyat keçirib.

Sonxeber.net xarici mediaya istinadla xəbər verir ki, məşhur futbolçunun səhhətindəki vəziyyət ilk dəfə həyat yoldaşı Viktoriya Bekhemin sosial mediada paylaşdığı foto ilə gündəmə gəlib.

Viktoriya Bekhem xəstəxana yatağında qolunda sapand olan və gülümsəyən həyat yoldaşının şəklini paylaşaraq, "Tez sağal, ata" mesajını qeyd edib. O, eyni zamanda ərinə ağ muncuqlardan hazırlanan və üzərində "Tez sağal" sözləri yazılmış qolbaq da hədiyyə edib.

Cütlük əməliyyatla bağlı rəsmi açıqlama verməsə də, İngiltərə mətbuatı iddia edir ki, əməliyyatın səbəbi Bekhemin 2003-cü ildə Cənubi Afrika ilə yoldaşlıq oyununda sındırdığı biləyi olub. Həmin vaxt qoluna qoyulan platin implantın tam əriyib sorulmadığı, son rentgen görüntülərində də hələ yerində olduğu ortaya çıxıb. Məhz bu səbəbdən platinin cərrahi yolla çıxarıldığı bildirilir.


Etiketlər:  Bekhem təcili əməliyyat olundu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ