Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azercell''dən rəqəmsal Yeni İl kampaniyası (FOTO)

''Azercell''dən rəqəmsal Yeni İl kampaniyası (FOTO)

Tarix: 11 Dekabr 2019 19:15

Bakı. Trend:

Telekommunikasiya sahəsində dünya tendensiyaları ilə hər zaman ayaqlaşaraq istifadəçilərinə rəngarəng mobil həllər təqdim edən Azercell Telekom qarşıdan gələn 2020-ci il münasibətilə “Yeni İl Kampaniyası”na start verir.

Azercell Telekomdan Trend-ə verilən məlumata görə, 9.12.2019 – 9.01.2020 tarixləri ərzində davam edəcək kampaniya çərçivəsində iVi, Bookmate, Zvuk xidmətlərdən istifadə edən abunəçilər üçün internet xərcləmələri ödənişsiz olacaqdır.

Kampaniyadan yararlanmaq üçün abunəçinin xətti 2 tərəfli açıq və balansda minimum 1 azn vəsait olmalı, ən əsası isə, internet xətti aktiv olmalıdır. Abunəçilər kampaniyaya daxil olan xidmətlərin müvafiq şifrələrini yığaraq Azercell-in təqdim etdiyi bu fürsətdən yararlana bilərlər.

Qeyd edək ki, iVi Mobil Cinema xidmətinə aylıq qoşulma üçün *302#, Bookmate xidmətinə aylıq qoşulma üçün *533# və Zvuk xidmətinə aylıq qoşulma *707# şifrəsini yığmaq lazımdır.

Xatırladaq ki, Azercell Plus xidmətləri çərçivəsində təqdim edilən iVi, Bookmate və Zvuk mobil tətbiqləri minlərlə film, kitab və musiqi parçasından limitsiz şəkildə yararlanmaq imkanı yaradır. Azercell abunəçiləri üçün xüsusi güzəştlə təqdim olunan bu rəqəmsal xidmətlərdən bir ay ərzində internet xərcləri ödəmədən yararlanma imkanı şirkətin öz müştərilərinə bayram ərəfəsində təqdim edəcəyi hədiyyələrdən biridir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azercelldən rəqəmsal Yeni kampaniyası FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ