Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xalq artisti dedi ki, Elgiz mənim geyimlərimlə efirə çıxıb''

''Xalq artisti dedi ki, Elgiz mənim geyimlərimlə efirə çıxıb''

Tarix: 27 Iyun 2025 18:05

"Efir öncəsi xanım Xalq artisti mənə yığdı ki, gəl, səninlə işim var. Efirə də 2 saat qalmışdı. Getdim onlara. Adını çəkməyəcəyəm. Çay içəndə ehtiyatsızlıq etdim, mürəbbə üstümə töküldü. Həyat yoldaşının köynəyini gətirdi. Efirə o geyimdə çıxdın. Üstündən 3 ay keçdi. Məclislərin birində məndən söhbət düşəndə həmin Xalq artisti deyib ki, Elgiz mənim geyimlərimlə efirə çıxıb".

Bu sözləri Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib. O, ilk efirə çıxdığı zamanlarda müğənni Nadir Qafarzadənin ona etdiyi yardımdan danışıb:

"Mənə Nadir Qafarzadə 5 kostyum verib. Hələ efirlərə təzə çıxırdım. Dedi ki, qarderobumda qəşəng kostyumlarım var, sənə hədiyyə edim. Onları sevə-sevə geyindim. Heç kim də bilmədi ki, bunlar Nadirindir. Nə oldu, zərləri töküldü? Gözünüzdən düşdüm?"  (Axşam.az)


Etiketlər:  Xalq artisti dedi Elgiz mənim geyimlərimlə efirə çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ