Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Traktor'' klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq

''Traktor'' klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq

Tarix: 4 Iyul 2025 00:48

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin tərkibində fəaliyyət göstərən "İdman TV" Asiya Çempionlar Liqasının yayım hüququnu əldə edərək, bu mötəbər turnirin oyunlarını təqdim edəcək.

Sonxeber.net xəbər verir ki, bu barədə kanalın "Facebook" hesabında paylaşım edilib.

Bildirilib ki, tarixində ilk dəfə İran çempionu olan və Asiya Çempionlar Liqasına vəsiqə qazanan "al qurdlar"ın (Traktor) hər matçı artıq Azərbaycan tamaşaçısı üçün əlçatan olacaq.

Qeyd edək ki, bu yayım hüququ "İdman TV" ilə beynəlxalq yayım şirkəti arasında imzalanmış rəsmi müqavilə əsasında həyata keçiriləcək.

 


Etiketlər:  Traktor klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ