Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2025 14:34
Bu ilin sentyabrında Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisiə hazırlıq işləri yekunlaşmaq üzrədir.
Sonxeber.net xəbər verir ki, tikinti işlərinə əsasən pit və komanda binalarında davam etdirilir.
Bakı Şəhər Halqasının tikinti şöbəsinin meneceri Sübhan Manafzadə jurnalistlərə açıqlamasında bunları deyib:
"Formula 1" Azərbaycan Qran-prisi 2025-in tikinti və demontaj mərhələlərinə podratçı şirkətlər tərəfindən 2 162 nəfər cəlb edilib. Olduğumuz ərazidə tikinti hissəsinin 80 faizini tamamlanıb. Avqustda ümumi trasın tikinti işlərinə başlamaq nəzərdə tutulub. Bu, əvvəlki illərlə müqayisədə 12 həftədən 6 həftəyə endirilib. Nəqliyyatın hərəkətinə maneə olmamaq üçün vaxtı maksimum qısaltmağa çalışmışıq. Beton səddlərin ümumilikdə 60 faizi yeni sistemlə əvəz olunub. Bu bizə imkan verəcək ki, trekin tikintisini ötənilkindən daha tez yekunlaşdıraq.
Bu il paddok daxilində iki yeni bina tikiləcək. Biri idarə heyətinin binası dır. Digəri "Formula 1"in öz məhsuludur. Görülən işlərə fərqli sahələr üzrə 1 500-1700 aralığında insan cəlb dilib. Azarkeş tribunasında oturacaqların sayı isə 18 mindən 20 minədək yüksəldilib.Tikinti işləri gecə-gündüz növbəli rejimdə aparılır.
Bakı Şəhər Halqasından verilən məlumata görə, 2023-cü ildən etibarən yenilik tətbiq olunub. Yarış həftəsində əsas yollar müəyyən saatlarda qismən açıq qalır. 2024-cü ildə nəqliyyat koridorlarının sayı 2-dən 5-ə çatdırılıb. Bu koridorlardan istifadə edən sürücülərin sayı ötən illə müqayisədə 30% artıb. 2025-ci ildə bu koridorlardan istifadə səviyyəsinin daha 30% artacağı proqnozlaşdırılır. Trasa hazırlıq və demontajı sürətləndirmək məqsədilə ən son texnologiyalar tətbiq olunur. Bu dəyişiklik nəticəsində trasın tam hazırlanma müddəti 12 həftədən 6 həftəyə endirilib. Yarışdan sonra yollarda hərəkətin tez bərpası üçün 2024-cü ildə beton blokların 60%-i cəmi 16 saat ərzində sökülərək ərazidən çıxarılıb. Ertəsi gün saat 13:00-dan etibarən şəhər demək olar ki, normal rejimə qayıdıb".
Onu da qeyd edə ki, yarışın 77% tamaşaçısı xarici ölkələrdən olacaq. Turistlərin qalma müddəti 5 gecə təşkil edib. Tribunaların 5-i tamamilə satılıb. Daha 2 yeni tribuna isə bu il quraşdırılır. Üumilkdə 20 mindən çox oturacaq sayının quraşdırılması nəzərdə tutulur".
Tural