Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2019 14:08
Bu gecə keçiriləcək Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunun oyunlarından sonra avrokubokların pley-off mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gələcək.
Qol.az xəbər verir ki, dekabrın 16-da UEFA-nın İsveçrənn Nyon şəhərindəki qərargahında əvvəlcə Çempionlar Liqasının (Bakı vaxtı ilə saat 15.00) 1/8 final mərhələsinin, daha sonra (Bakı vaxtı ilə saat 16.30-da) Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ”ın pley-off-da oynamayacağı dəqiqləşib. Ağdam təmsilçisi bu gün “Düdelanj”a qalib gəlib xal fərqində (7) hətta APOEL-ə çatsa belə, şəxsi oyunlardakı göstəricilərdə (2:2, 1:2) kiplilərə uduzduğundan qrupda qalır.
Bəs, Çempionlar Liqası və Avropa Liqasından hansı klublar növbəti mərhələyə çıxıb?
Çempionlar Liqası, 1/8 finala vəsiqə qazanan klublar:
Qrup qalibləri (səpələnmişlər): "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), "Valensiya" (İspaniya), "Liverpul" (İngiltərə), "Mançester Siti" (İngiltərə), "Pari Sen-Jermen" (Fransa), "RB Leyptsiq" (Almaniya), "Yuventus" (İtaliya)
Qrup ikinciləri (səpələnməmişlər): "Atalanta" (İtaliya), "Atletiko" (İspaniya), "Borussiya" (Almaniya), "Lion" (Fransa), "Napoli" (İtaliya), "Real" (İspaniya), "Tottenheçm" (İngiltərə), "Çelsi" (İngiltərə)
Avropa Liqası: 1/16 finala vəsiqə qazanan komandalar:
"Alkmaar" (Hollandiya), APOEL (Kipr), "Bazel" (İsveçrə), "Braqa" (Portuqaliya), "Volfsburq" (Almaniya), "Vulveremmpton" (İngiltərə), "Gent" (Belçika), LASK (Avstriya), "Mançester Yunayted" (İngiltərə), "Sevilya" (İspaniya), "Seltik" (Şotlandiya), "Sportinq" (Portuqaliya), "Espanyol" (İspaniya)
1/16 finalın daha 19 iştirakçısının adı isə bu gecəki oyunlardan sonra qətiləşəcək.