Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzər dənizində baş verən qəza ilə bağlı AÇIQLAMA

Xəzər dənizində baş verən qəza ilə bağlı AÇIQLAMA

Tarix: 9 May 2019 00:12

Bakı. Ləman Zeynalova - Trend:

Xəzər dənizində borudüzən gəmisində baş verən qəza nəticəsində 14 nəfər xəsarət alıb.

Bu barədə Trend-ə "Saipem" şirkətindən bildiriblər.

Şirkət qeyd edib: "Mayın 8-də, təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsarfil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb və hal hazırda "Citadel" gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılması işləri aparılır".

"Saipem" həmçinin bildirib ki, gəminin 01:45 radələrində sahilə çatması gözlənilir: "Yaralananları dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırmaq üçün limanda təcili tibbi yardım maşınları hazır şəkildə gözləməkdədir. "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaqdır".

Şirkətdən verilən məlumata əsasən, gəmidə baş verən yanğın söndürülüb.

23:53

Xəzər dənizində borudüzən gəmidə qəza baş verib. Bu barədə Trend-ə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən mənbə bildirib.

Məlumata əsasən, qəza QSC-nin balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında baş verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xəzər dənizində baş verən qəza ilə bağlı AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ